Oğuzda avtomobil dirəyə çırpıldı: xəsarət alanlar var
Bizi izləyin

Hadisə

Oğuzda avtomobil dirəyə çırpıldı: xəsarət alanlar var

Oğuz rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub

Publika.az xəbər verir ki, hadisə rayonun Xaçmaz kəndində baş verib.

Belə ki, Xaçmaz kənd sakini, 1994-cü il təvəllüdlü Araz İlyas oğlu Rəsulovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil yoldan çıxaraq dirəyə çırpılıb.

Nəticədə sürücü və onun sərnişini, 1995-ci il təvəllüdlü Ərazi Zaman oğlu Abdulhəlimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm