Hadisə
Avtomobillərə “silah” tuşlayan şəxsin kimliyi bilindi - VİDEO
Sosial şəbəkələrdə Azərbaycanda bir nəfər şəxsin yolda hərəkətdə olan avtomobillərə silah tuşlamasını əks etdirən görüntüləri yayılıb.
Publika.az qafqazinfo-ya istinadən xəbər verir ki, oyuncaq olması ehtimal edilən silahı hərəkətdə olan nəqliyyat vasitələrinə tuşlayan şəxs narahatlığa səbəb olub.
Ərazidəki digər şəxslər həmin hadisəni videoya çəkərək paylaşıblar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, görüntülər bir müddət əvvəl Gəncə şəhərində qeydə alınıb:
"Şəxsin oyuncaq silahla avtomobillərin qarşısını kəsməsini əks etdirən görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb. Həmin şəxsin əqli qüsurlu şəhər sakini Ə.Gülməmmədov olması müəyyən edilib. Şəxs və onun valideyni ərazi üzrə polis şöbəsinə dəvət olunaraq profilaktiki söhbət aparılıb".
Həmçinin bildirilib ki, polis həmin şəxsin ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirilməsi üçün aidiyyəti dövlət qurumlarına müraciət edib.
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi