Dünya çempionu “Barselona”da
Bizi izləyin

İdman

Dünya çempionu “Barselona”da

“Betis”in yarımmüdafiəçisi Qvido Rodriqes karyerasını “Barselona”da davam etdirəcək.

Publika.az xəbər verir ki, bu barədə COPE məlumat yayıb.

Mənbənin məlumatına görə, tərəflər 30 yaşlı yarımmüdafiəçi ilə bağlı müqavilənin şərtlərini razılaşdırıblar. Onun yayda azad agent kimi Kataloniya komandasına keçəcəyi gözlənilir. Argentinalı yarımmüdafiəçinin Oriol Romeunu əvəzləyəcəyi vurğulanır.

Amma o da bildirilir ki, bu keçid müdafiə xəttinə top-müdafiəçinin transferini arxa plana atmır.

Eyni zamanda, kataloniyalıların maliyyə feyr-pley problemlərini həll etməsindən sonra Qvido rəsmi razılaşmanın imzalanacağı bildirilir.

30 yaşlı argentinalı milli komandası ilə birlikdə 2022-ci ildə futbol üzrə dünya çempionu olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm