Husilər Rusiyadan Çinə gedən tankeri RAKETLƏ VURDU
Bizi izləyin

Yaxın Şərq

Husilər Rusiyadan Çinə gedən tankeri RAKETLƏ VURDU

Mayın 18-də Qırmızı dənizdə Yunan şirkətinə məxsus Panama bayrağı altında üzən neft tankeri husilər tərəfindən gəmi əleyhinə raketlə hücuma məruz qalıb.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bəyanat yayıb.

Hərbi idarənin məlumatına görə, hücum Səna vaxtı ilə gecə saat 1 radələrində baş verib. İranın dəstəklədiyi husilər gəmi əleyhinə ballistik raketi (ASBM) Qırmızı dənizə atıb və bu raket "Wind" adlı tankerə düşüb. Zərbə nəticəsində gəmi ciddi zədələnib, sızma baş verib. Ekipaj müvəqqəti olaraq idarəetməni, sonra ən yüksək peşəkarlıq nümayiş etdirib və gəmiyə nəzarəti bərpa edə bilib.

Tanker qəza siqnalı göndərib və yaxınlıqdakı Qərb koalisiya gəmisi dərhal cavab verib. Lakin ekipajın hərəkətləri sayəsində koalisiya qüvvələrinin köməyinə ehtiyac qalmayıb və tanker hərəkətini davam etdirə bilib.

Gəminin Rusiyada dayandıqdan sonra Çinə getdiyi məlum olub.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm