Qan donduran olay: Dağ yoluna atılan iki günlük körpə belə tapıldı
Bizi izləyin

Hadisə

Qan donduran olay: Dağ yoluna atılan iki günlük körpə belə tapıldı

Mersinin Çamlıyayla rayonunda dağ yolunda tərk edilmiş vəziyyətdə 2 günlük körpə tapılıb.

Publika.az xəbər verir ki, dünən gecə saatlarında Kızılalan mövqeyində dağ yolunda hərəkət edən avtomobildən düşən insanlar, qaranlıqda körpə bir uşağın ağladığını eşidiblər. Həmin şəxslər səsin gəldiyi istiqamətə gedərək, kimsəsiz ərazidə atılmış körpə tapıblar. Dərhal Təcili Zəng Mərkəzi ilə əlaqə saxlayaraq həkimlərdən kömək istəyiblər. Yeni doğulduğu və cəmi 2 günlük olduğu deyilən qız uşağı müayinə olunmaq üçün Tarsus Dövlət Xəstəxanasına aparılıb.

2 günlük körpəyə müalicə aldığı xəstəxanada tibb bacıları tərəfindən "Gülən" adı verilib. Səhhətinin yaxşı olduğu bildirilən körpə müalicə olunduqdan sonra dövlət himayəsinə götürüləcək.

Qeyd edək ki, körpənin küçəyə atılması ilə bağlı araşdırma başlanılıb.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm