Hadisə
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
Bakıda hotellərin birində zəhərlənən dörd dostla bağlı ilginc faktlar üzə çıxıb.
Zərərçəkənlərin ailə üzvləri rəsmi qurumların yaydığı məlumatları təkzib ediblər. Onlar iddia ediblər ki, faciə qida zəhərlənməsindən baş verib. Bildiriblər ki, hoteldə verilən göbələk onları zəhərləyib.
İçkidən zəhərlənmələri barədə yayılan məlumatları da təkzib ediblər:
“Nicat Cabbarlı və Xəzər Cabbarlı ümumiyyətlə spirtli içki qəbul etmirlər”.
Publika.az xəbər verir ki, Bakupost.az hadisə nəticəsində həyatını itirmiş iki şəxs və sağ qalanların şəxsi həyatları ilə bağlı yeni məlumatlar əldə edib.
Kənan Mustafayev
Məlum olub ki, hadisə nəticəsində vəfat etmiş 1998-ci il təvəllüdlü Kənan Mustafayev kiçik yaşlarından ata-anasını itirib. Ona görə də həmişə dostlarının xüsusi qayğısı və diqqətində olub.
Orxan Əmirov
1993-cü il təvəllüdlü Orxan Əmirov kiçik bizneslə məşğul olub, Qaradağ rayonu, Lökbatan qəsəbəsində mağaza işlədirmiş.
Xəzər Cabbarlı
1998-ci il təvəllüdlü Xəzər Cabbarlı Aprel döyüşlərinin və Vətən müharibəsi iştirakçısıdır. Zabitdir. İndi ehtiyata çıxıb. İdmançıdır.
Nicat Cabbarlı
1991-ci il təvəllüdlü Nicat Cabbarlı isə şəhid övladıdır. Şuşalıdır.
Onun Astara Gömrük İdarəsinə müavin təyin olunması da bundan sonra baş verib.
Faciə baş verən məclisi də Nicat təşkil edib. Hər dəfə Astaradan Bakıya gələndə dostlarını bir yerə yığırmış.
Qeyd edək ki, Səbail rayonunda yerləşən hoteldə dörd nəfər kişi zəhərlənmə diaqnozu ilə bir saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Hadisə ilə bağlı TƏBİB məlumat yayıb. Bildirilib ki, mərkəzə 6 may 2024-cü il tarixində saat 04:50 radələrində Səbail rayonu, Bayıl dairəsi, Salyan şosesi yaxınlığından müraciət daxil olub, çağırış üzrə təcili tibbi yardım briqadası cəlb olunub. Həkimlər gələnə kimi Kənan və Orxanın vəfat etməsi məlum olub. Nicat və Xəzər isə koma halında xəstəxanaya çatdırılıblar.
Onların qidadan zəhərləndiyi düşünülürdü. Lakin Qida Təhlükəsizliyi Agentliyi məlumatı təkzib edib.
Hazırda araşdırmalar davam etdirilir.
-
Nəqliyyat23:00
"1 manatlıq" taksi dövrü bitir - Cərimə yazılacaq
-
MDB22:24
İrəvan-Moskva aviareysində TƏHLÜKƏ: təyyarənin qapısını açmağa cəhd etdi - VİDEO
-
Magazin121:12
Nəzrinin bal ayı belə geçir - FOTO
-
Hadisə21:00
Bakı-Quba yolunda DƏHŞƏTLİ QƏZA: 4-cü kurs tələbəsi...
-
Səhiyyə20:12
Arıqlamaq üçün İNQİLABİ DƏRMAN - Oral forması da sınaqdan keçirildi
-
Magazin219:40
Məşhur serial ulduzu 59 yaşında vəfat etdi - FOTO
-
Sosial19:24
Qadınların şəklini çəkib "TikTok"da yayan şəxs SAXLANILDI - FOTO
-
Sosial19:00
Kəmaləddin Heydərov bu xanıma VƏZİFƏ VERDİ - FOTO