Ələt-Astara yolunda yük avtomobili yandı - FOTO
Bizi izləyin

Hadisə

Ələt-Astara yolunda yük avtomobili yandı - FOTO

Ələt-Astara avtomagistralının Biləsuvar rayonundan keçən hissəsində yük avtomobilində yanğın baş verib.

Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Xəsarət alan yoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm