Vladimir Putin Azərbaycan lideri ilə danışıqlar aparacaq
Bizi izləyin

MDB

Vladimir Putin Azərbaycan lideri ilə danışıqlar aparacaq

Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində digər dövlətlərin başçıları ilə bir sıra ikitərəfli görüşlər keçirəcək.

Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə brifinqdə Rusiya liderinin köməkçisi Yuri Uşakov məlumat verib.

O bildirib ki, Rusiya hakimiyyəti qarşıdan gələn ŞƏT sammitini prezidentlə xarici həmkarları arasında təmasların təşkili üçün fürsət kimi dəyərləndirir. Bununla əlaqədar olaraq, Putinin bu tədbirdəki proqramına bir sıra çox vacib görüşlər daxil olacaq.

Artıq iyulun 3-də - protokol tədbirlərinin başlanmasından bir gün əvvəl dövlət başçısı Azərbaycan və Qazaxıstan prezidentləri - İlham Əliyev və Qasım-Jomart Tokayevlə danışıqlar aparacaq. Həmin gün Rusiya lideri türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan, monqolustanlı həmkarı Uxnaaqiyn Xurelsux, Çin prezidenti Si Cinpin və Pakistanın baş naziri Şahbaz Şəriflə görüşəcək.

Bundan əlavə, Putin iyulun 4-də daha bir neçə "qısa ikitərəfli təmaslar" planlaşdıra bilər. Xüsusilə, söhbət İranın müvəqqəti prezidenti Məhəmməd Moxberlə artıq razılaşdırılmış söhbətdən gedir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm