Elektron siqaret 7 yaşlı qızı gözündən etdi - FOTO
Bizi izləyin

Hadisə

Elektron siqaret 7 yaşlı qızı gözündən etdi - FOTO

İrlandiyanın Dublin şəhərində yaşayan Rubi Qrainqer dondurma maşınına doğru hərəkət edərkən yolun kənarındakı otda yanan elektron siqaretin partlaması nəticəsində bir gözünü itirib.

Publika.az xəbər verir ki, Dublində baş verən hadisədə 7 yaşlı qız bir gözünü itirib. Həkimlər elektron siqaretin akkumulyatorunun və akkumulyator turşusunun partlaması nəticəsində parçaların Rubinin gözünə düşdüyünü bildirib.

Rubi təcili yardımla Tallagh xəstəxanasına aparılıb. Həkimlər ilk müdaxilə zamanı Rubinin gözündə heç nə tapa bilmədiklərini qeyd ediblər. Həkimlər qızın anasına ilk dəfə belə bir hadisənin şahidi olduqlarını və Rubinin gözünü çıxarmaq məcburiyyətində olduqlarını bildiriblər.

Rubinin tibbi xərclərini ödəmək üçün GoFundMe yaradılıb.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm