Hadisə
Şəkidə 21 yaşlı oğlan faciəvi şəkildə öldü
21 yaşlı gəncin huşsuz bədəni yaxınları tərəfindən vanna otağında aşkarlanıb.
Publika.az xəbər verir ki, Şəki şəhəri Mehdi Hüseynzadə küçəsi ev 40 ünvanında yaşayan 21 yaşlı şəhər sakini Süleyman Mustafayev huşsuz vəziyyətdə evin vanna otağında aşkarlanıb. Ailə üzvləri onun hamamdan çıxmadığını görüncə narahat olub və vanna otağına baxış keçirib.
Dərhal Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət edilib.
Həkimlər ilkin tibbi müayinədən sonra Süleyman Mustafayevin dəm qazından boğularaq həyatını itirdiyini bildiriblər.
Ölüm hadisəsinin daha dəqiq təfərrüatlarını bilmək məqsədi ilə 21 yaşlı gəncin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.
(Azərtac)
-
Magazin206:16Hər həftə bir ev alan şoumen kimdir? - FOTO
-
Dünya04:44Ueynrayt hərbi bazasındakı partlayış 4 can aldı - 40 yaxın yaralı var
-
Səhiyyə03:43Qazlı içkilər və fastfud beyni gizli şəkildə belə məhv edir - Araşdırma
-
Dünya01:41Kim Çen Inın lüks yaxtası - Peyk görüntüləri araşdırıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Böyük məbləğdə pul daxilolması gözlənilir
-
Magazin118 Oktyabr 22:48Xəyalə Quliyeva övladları ilə - FOTO
-
Avropa18 Oktyabr 22:36Makron iğtişaşlara qarşı tədbir görülməsini tələb etdi
-
Avropa18 Oktyabr 21:48Parisdə iğtişaşlar yenidən alovlandı






.jpg)



























