Hadisə
Azərbaycanda gəlin toy gecəsi ata evinə qaytarıldı: Bəyə cinayət işi açıldı - VİDEO
Oğuz rayonunda toy gecəsi gəlinlə bəyin arasında yaşanmış hadisələrə görə cinayət işi açılıb.
Publika.az-ın əldə etdiyi məlumata görə, Şəki rayon sakini Vahidə Məmmədova (ad və soyadlar şərtidir) Oğuz rayon sakini Səxavət Yusifov barəsində məhkəməyə xüsusi ittiham qaydasında müraciət edib.
O, nişanlısı olmuş Səxavətin Cinayət Məcəlləsinin 147.1-ci, yəni böhtan maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsini tələb edib.
İş icraata qəbul edilib və araşdırma aparılıb. Şikayətçi qız bildirib ki, el adəti ilə Səxavətlə nişanlanıb, Şəkidə qız toyu, Oğuzda oğlan toyu keçirilib. Bu ilin 28 aprel tarixində keçirilən oğlan toyundan sonra Səxavət və qohumları Vahidəni Oğuzda yaşadıqları evə gətiriblər. Lakin gecə saatlarında Səxavət və ögey anası qızın bakirə olmadığını bildiriblər və onun atası evinə qayıtmasını tələb ediblər.
Tərəflər arasında ekspertiza keçirilməsi ilə bağlı, həmçinin barışıq əldə edilməsinə dair təkliflər baş tutmayıb.
Nəticədə tərəflər arasındakı ailə-qohumluq əlaqələri pozulub. Vahidə barəsində digər şəxslər arasında da söz-söhbətin yayılmasından sonra qız qarşı tərəfi məhkəməyə verib.
Oğuz Rayon Məhkəməsində keçirilən prosesdə Səxavət Yusifov bildirib ki, o, Vahidə barəsində heç bir söz danışmayıb. Təqsirləndirilən şəxs ögey anasının bakirəliklə bağlı digər şəxslərin yanında danışdığını bildirib.
Vahidə Məmmədova isə baş verənlərin onda psixoloji zədə yaratdığını, bakirəliklə bağlı deyilənlərin böhtan olduğunu deyib.
Məhkəmə baş verənlərə görə Səxavəti günahkar hesab edib və onun nişanlısına böhtan atması qənaətinə gəlib. Səxavət Cinayət Məcəlləsinin 147-ci maddəsi (Böhtan) üzrə təqsirli bilinib. O, qazancının 20 faizinin tutulması ilə 1 il islah işləri cəzasına məhkum edilib.
Qeyd edək ki, məhkəməyə təqdim edilmiş ekspertiza rəyində qızın bakirə olması da əks olunub.
Turqut Seyidov
-
Ekologiya20:04Hava ilə bağlı daha bir xəbərdarlıq: sentyabrın 1-dək...
-
Avropa19:26Şimali Kiprdə batan bərədə azərbaycanlılar da olub - Yeniləndi
-
Hadisə19:00Valideynləri cehiz almağa getdi, 17 yaşlı qız sığınacağa üz tutdu
-
Qarabağ 17:32Azərbaycanın ilk hərbi pilotlarından idi - Ailəsi hələ də onun yolunu gözləyir
-
Hadisə16:35Psixoloq azyaşlıya zorakılıq etdi, polis araşdırmaya başladı - VİDEO
-
Avropa16:26Şimali Kiprdə batan gəmidən 259 nəfər xilas edildi - YENİLƏNDİ
-
Enerji16:17Sabah Bakının bu ərazilərində qaz olmayacaq
-
Ekologiya15:27Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi






.jpg)





.png)

.jpg)




















.jpg)