Hadisə
Azərbaycanda qulağına səslər gələn 33 yaşlı kişidən DƏHŞƏTLİ ƏMƏL: həyat yoldaşını... - VİDEO
Xırdalan şəhərində 33 yaşlı Miryunis Miriyev həyat yoldaşını bıçaqlayıb.
Publika.az-ın əldə etdiyi məlumata görə, hadisə AAAF Park yaşayış kompleksində baş verib.
1991-ci il təvəllüdlü Miryunis Miriyev gecə saat 2 radələlərində bıçaqla həyat yoldaşı Xalidəyə hücum edib. Döş qəfəsindən ağır xəsarət alan qadın xəstəxanaya çatdırılıb və əməliyyat olunub.
Araşdırmalar zamanı məlum olub ki, Miryunis bir neçə il əvvəl ruhi-əsəb xəstəliyindən əziyyət çəkib və müalicə olunub. Lakin onda bəzi problemlər qalıb. Hadisə baş verən gün də M. Miriyevin qulağına səslər gəlib və arvadını bıçaqlamaq fikrinə düşüb.
Bıçaqlanan qadın hadisə barədə ifadəsində bunları deyib:
“2021-ci ildə ailə qurmuşuq, oğlumuz dünyaya gəlib. Ərimlə münasibətlərim yaxşı olub, o, mənə və uşağına qarşı qayğılı, diqqətli insandır. Miryunis ilə evlənəndən sonra bildim ki, təxminən 3-4 il əvvəl Sumqayıt Şəhər Psixiatriya Xəstəxanasında müalicə alıb. Hadisədən təxminən 2 həftə əvvəldən başlayaraq Miryunis mənə onun qulağına səslər gəldiyini və bu səslərin ona “Həyat yoldaşın sənə xəyanət edir, əvvəl onu öldür, sonra da özünü öldür” dediyini bildirirdi. Mən bu məsələni ciddiyə almırdım, onu sakitləşdirməklə kifayətlənirdim. Hadisə baş verdiyi 7 fevral 2024-cü il tarixdə Miryunislə gün ərzində evdə olmuşuq. Həmin gecə saat 2 radələrində ərim narahat vəziyyətdə evin daxilində var-gəl etməyə başladı, yenidən qulağına səslər gəldiyini dedi. Qorxduğum üçün qaynanama zəng etdim. Mənə uşağı götürüb baldızımgilin evinə getməyimi tapşırdı. Həmin vaxt Miryunisin intihar edəcəyindən ehtiyatlandığım üçün baldızımgilə getmədim. Bu zaman ərim mətbəxdən bıçaq götürüb geri qayıtdı və qəfil hücum edərək məni vurdu. Qapını açıb pilləkənlərlə qaçıb yaxınlıqda yerləşən digər binada yaşayan baldızımgilin evinə getdim. Qapını açıb məni içəri saldılar, ilkin tibbi yardım göstərdilər. Sonra gedib evdən uşağı da gətirdilər. Bundan sonra məni xəstəxanaya çatdırıb əməliyyat etdirdilər”.
Bıçaqlanan qadın bildirib ki, hazırda əri ilə bir evdə mehriban şəraitdə yaşayırlar və onun həbs olunmasını istəmir.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi ötən həftə M. Miriyevə hökm oxuyub. Məhkəmənin hökmü ilə o, 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin cəza şərti hesab edilib və təqsirləndirilən şəxs azadlıqda qalıb.
Turqut Seyidov
-
Ekologiya16:28Yayda Gədəbəyə dolu düşdü - VİDEO
-
Region15:56Ermənistanda seçkiqabağı rüşvət qalmaqalı - Onlarla saxlanılan var
-
Nida Xəbər 15:15"Çox praqmatik, realist olmalıyıq!" - Elçin Əmirbəyov
-
Ekologiya13:20Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
-
Art10:49Şükür ki, bu arzu gerçəyə çevrildi... - Elxan Cəfərov
-
Hadisə10:01DSX əməliyyat keçirdi - Əfqanıstan vətəndaşları saxlanılıb
-
İdman09:43“Qarabağ”ın yarımmüdafiəçisi oynadı?
-
Sosial08:45Bakıda yeni söküntülər və abadlıq layihələri - Hansı ərazilər dəyişəcək?










.jpg)


























