Hadisə
Azərbaycanda müəmmalı ölüm: mərhumun həyat yoldaşı hər şeyi danışdı - VİDEO
Yanvarın 1-də Mingəçevir sakini, 52 yaşlı İlqar Baxışov hündürlükdən yıxılaraq ağır xəsarət alıb və xəstəxanaya çatdırıldıqdan sonra həyatını itirib. Lakin mərhumun həyat yoldaşı hadisənin başqa səbəbdən - avtomobil qəzası nəticəsində baş verdiyini iddia edir.
Publika.az Baku TV-yə istinadən xəbər verir ki, mərhumun həyat yoldaşının sözlərinə görə, hadisə həmin gün axşam saatlarında baş verib:
"Axşam saat 7-8 radələrində ərimi bazarın arxasında iri kuzovu olan avtomobil vurub. O, divara sıxılıb və nəticədə daxili qanaxma keçirib. Qaraciyəri sıradan çıxıb, vəziyyəti çox ağır idi. Reanimasiyaya yerləşdirildi, amma həyatını xilas etmək mümkün olmadı. Ərim özü mənə dedi ki, onu avtomobil vurub".
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan verilən məlumata görə, İlqar Baxışov xəstəxanaya endotoksik şok, hər iki yuxarı ətrafın fleqmonası və hepatit diaqnozu ilə çatdırılıb. Onun həyatını xilas etmək üçün bütün tibbi müdaxilələr göstərilsə də, nəticə verməyib.
Nazirlikdən bildirilib ki, hadisənin hansı şəraitdə baş verməsi ilə bağlı araşdırma aparılır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
-
MDB08:48
Rusiyada hərbi helikopter qəzası - Ekipaj üzvləri ÖLDÜ
-
Magazin108:24
Xalq artisti o görüntülərdən danışdı: "Ətrafımda elə adamlar olur ki..."
-
Region08:00
Türkiyədən nadir kadrlar: "Meşənin kabusu" dron kamerasına düşdü
-
Ekologiya07:17
Azərbaycanda əhaliyə xəbərdarlıq edildi - Yanvarın 5-də...
-
Magazin106:16
"Bəzi valideynlərin özünə tərbiyə vermək lazımdır"
-
Kriminal04:14
“Nəzmiyyə Həsənin adını telefonuna “Günay 4” kimi yazıbmış" - Ağcabədidə namus üstündə qətl
-
Magazin101:11
Fatimənin adından istifadə edib Rüfəti aldatdılar - VİDEO
-
Hadisə00:45
Azərbaycanda sabiq yüksək vəzifəli məmurun nəvəsi ağır qəza törətdi - FOTO/VİDEO