Hadisə
Bakıda toydan sonra müğənninin çənəsini SINDIRDILAR - VİDEO
Bakıda müğəninin çənəsini sındıran şəxsə hökm oxunub.
Publika.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, hadisəni törədən 1989-cu ildə Şuşa şəhərində anadan olmuş Həsən İ. barəsində Cinayət Məcəlləsinin 127.1-ci maddəsi cinayət işi açılıb və işə məhkəmədə baxılıb.
Məlum olub ki, zərərçəkmiş Elçin Mayılov gecə saat 02 radələrində qonşusu Həsənin əlində "GO" markalı içki ilə yüksək səslə küçə söyüş söydüyünü görüb.
O, Həsənə yaxınlaşıb nə baş verdiyini soruşduqda, sonuncu hədsiz dərəcədə içkili olduğundan qəsdən bir neçə dəfə yumruqla onun üz nahiyəsindən vurub. Elçin Mayılov aldığı xəsarətdən çənə nahiyəsinin sınığı ilə xəstəxanaya yerləşdirilib.
Hadisə Bakıda şadlıq evlərinin birində müğənnilik fəaliyyəti ilə məşğul olan Elçin Mayılov toydan evinə qayıdırkən baş verib. Məhkəmənin qərarı ilə Həsənə 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək.
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 10 Noyabr 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?
-
İdman10 Noyabr 21:24FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər




















.png)





.jpg)











