Məktəbə gedən bacı-qardaşı maşın vurub öldürdü - FOTO
Bizi izləyin

Hadisə

Məktəbə gedən bacı-qardaşı maşın vurub öldürdü - FOTO

Lənkəranda məktəblilərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az APA-ya istinadla xəbər verir ki, hadisə Lənkəran-Lerik magistralında Lənkəran rayonunun Şovu kəndində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı nəqliyyat vasitəsi məktəbə gedən şagirdlər 2017-ci il təvəllüdlü Gülay Əlizadəni və onun qardaşı 2014-cü il təvəllüdlü Ramid Əliyevi vurub. Hər iki məktəbli ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Onları xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hadisəni törədən "Mercedes" markalı nəqliyyat vasitəsi qəzadan sonra idarəetməni itirərək yol kənarına çıxıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm