Hadisə
Binanın damında13 yaşlı qıza qarşı əxlaqsızlıq edən gənc həbs edildi
Gəncədə yetkinlik yaşına çatmayan qızla intim münasibətdə olan 2005-ci il təvəllüdlü Ş.Məmmədov (şərti) cinayət məsuliyyətinə cəlb edilib.
Publika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Gəncə Şəhər Məhkəməsi 20 yaşlı gənci Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə təqsirli bilib.
Müəyyən edilib ki, Ş.Məmmədov 2022-ci ildə əslən Gəncədən olan və ailəsi ilə birgə İsraildə yaşayan 2009-cu il təvəllüdlü Amaliya (şərti) ilə sosial şəbəkə vasitəsilə tanış olub. 2024-cü ildə yeniyetmə qız valideyni ilə qohumlarına baş çəkmək üçün Gəncəyə gedib. Bu ərəfədə Ş.Məmmədovla Amaliya şəhər ərazisində görüşüblər. 20 yaşlı gənc onu taksi ilə yaşadığı binanın qarşısına gətirib və birlikdə çoxmərtəbəli binanın damına çıxıblar. Burada gənc oğlan yeniyetmə qıza qarşı əxlaqsız hərəkətlərə yol verib.
Yeniyetmə evə qayıtdıqdan sonra anası baş verənləri öyrənib və polisə şikayət edib.
Faktla bağlı açılan cinayət işinin materialları Gəncə Şəhər Məhkəməsinə göndərilib və məhkəmənin hökmü ilə Ş.Məmmədov 2 il müddətinə həbs edilib.
-
Dünya22:48Günəş yaxınlığında sirli asteroid kəşf edildi - Parçalanma gedir
-
Magazin122:008 illik evlilik Hazala görə bitdi?
-
Magazin120:36Röya illər sonra keçmiş həyat yoldaşı ilə - VİDEO
-
İdman20:24“Sabah” - “Neftçi” matçında dava düşdü - VİDEO
-
MDB19:24İş adamı Ermitajda taxt-tacı ələ keçirdi, polisi bıçaqla hədələdi - VİDEO
-
Nida Xəbər 17:48Ukrayna Baş nazirinin müavini Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:40Mavriki Prezidenti Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:17D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana gəldi



































.jpg)


