Avropa
Epşteynin on yeni qurbanı - Nəhəng material bazası araşdırılır
Fransa hakimiyyəti qalmaqallı amerikalı maliyyəçi Ceffri Epşteynin Parisdəki mənzili ilə bağlı araşdırmanı bərpa etdikdən sonra onun Fransadakı cinayətlərinin yeni qurbanları barədə məlumatlar əldə edib.
Publika.az xəbər verir ki, bu barədə Paris prokuroru Lor Bekko "RTL" radiostansiyasının efirində bəyanat verib.
Onun sözlərinə görə, ABŞ-də "Epşteyn sənədləri" dərc olunduqdan sonra prokurorluq zərərçəkmiş ola biləcək şəxsləri əlaqə saxlamağa və ifadə verməyə çağırıb. İlin əvvəlindən bəri 20-dən çox insan bu çağırışa cavab verib.
"Onlardan bəziləri digər işlərdən bizə artıq tanış idi... lakin biz əvvəllər heç tanımadığımız təxminən 10 nəfər yeni qurbanı da müəyyən etdik", – deyə Bekko bildirib.
Prokuror qeyd edib ki, hazırda Paris prokurorluğu daxil olan məlumatları yoxlayır və o cümlədən xaricdə yaşayan şəxslərin ifadələrini toplayır. Bundan sonra hüquq-mühafizə orqanları şübhəlilərin dindirilməsinə və toplanmış sübutların təhlilinə başlamağı planlaşdırır.
Fransız müstəntiqlər Epşteyn işi üzrə təxminən 1,5 milyon sənəddən ibarət nəhəng material bazasını araşdırırlar. Onlar maliyyəçinin Fransadakı mümkün vasitəçilərini – qurbanların tapılmasında və onun şəxsi adasına göndərilməsində əli olan şəxsləri müəyyənləşdirməyə çalışırlar.
Ceffri Epşteyn 2002–2005-ci illər ərzində onlarla azyaşlı qızın Nyu-Yorkun Manhetten rayonundakı evinə və öz şəxsi adasına gəlişini təşkil etməkdə ittiham olunurdu. İstintaq müəyyən edib ki, dəvət olunanlar arasında ən kiçik qızın 14 yaşı olub. 2019-cu ilin avqustunda maliyyəçi həbsxana kamerasında huşsuz vəziyyətdə tapılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Hüseyn İbadlı
-
Yaxın Şərq17:07Müsəlman ölkələrinin birləşməsi İsraili təşvişə saldı: Tətikdə olmalıyıq
-
Yaxın Şərq13:01Bəşər Əsədə ölüm hökmü verildi
-
Dünya11:44Türkiyədən PKK ilə bağlı şok qərar - Minlərlə üzvə amnistiya yolu açıldı
-
Yaxın Şərq10:44İsrail bu ərazidə yeni yəhudi yaşayış məntəqəsi salır: 650 ev tikiləcək
-
ABŞ09:55Trampı belə qoruyurlar: Qolf oynayarkən ətrafına görün nə yerləşdirildi
-
ABŞ09:00Hamı Trampın həmin təyyarədə olduğunu zənn edirdi, sən demə... - İrana qarşı "yem" əməliyyatı
-
Elm və təhsil08:37Tələbələrin dərs saatı dəyişir? - Bakıda yeni hazırlıq
-
Hadisə07:35Dənizdə boğulma halları niyə artır? - Video






































