Hadisə
Baş leytenant arvadını taksi sürücüsü ilə eşq yaşadığına görə öldürdü - Binəqədidə qətl
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın rəhbərliyi ilə Səməndər Səfayinin işinə baxılıb.
Publika.az lent az-a istinadən bildirir ki, proses təqsirləndirilən şəxsin ifadəsi ilə davam edib. Səməndər Səfayi ifadəsində həyat yoldaşı ilə aralarında uzun müddət yaranmış gərginlikdən danışıb və qısqanclıq mübahisəsi fonunda ağır nəticələrə gətirən hadisənin baş verdiyini söyləyib. Məhkəmədə o, baş verənləri belə təsvir edib:
"Biz 2013-cü ilin avqustunda rəsmi nikaha daxil olmuşuq. Sevib evlənmişdik, maddi durumum da yaxşı idi. Bir gün evə gələndə evdə olmadığını gördüm. Zəng edib harada olduğunu soruşdum, mağazada olduğunu dedi. Durub ora getdim ki, yoxdur. Bir də zəng elədim, dedi ki, oradan çıxıb ayrı mağazaya getmişəm. Evə qayıdandan sonra təkrar bütün gün harada olduğunu soruşdum, dedi ki, geyim mağazasında olub. Durub getdim o mağazaya. Satıcıya mənə kameranı göstərməsini dedim. O da kameranı göstərə bilməyəcəyini dedi. Evə qayıtdıq, çox əsəbi idim, təkrar soruşanda etiraf elədi ki, taksi sürücüsü Canmirzə Cabbarovla birlikdədir, onunla gedib. Mən artıq birlikdə yaşaya bilməyəcəyimizi ona dedim və razılaşdıq ki, qızımız məndə, oğlumuz onda qalsın. Mən qızımın belə bir qadının tərbiyəsində yaşamağına yol verə bilməzdim. Əvvəl razılaşdı, lakin sonra gəlib dedi ki, boşanmağa razıyam, ancaq uşaq səndə qalmayacaq. Mən də əgər uşaq məndə qalmayacaqsa, onu öldürəcəyimi dedim. Qayıtdı ki, öldürə bilməzsən. Mən əfqanıstanlıyam, birinci Qarabağ müharibəsi vaxtı könüllü gəlib döyüşmüşəm; kəşfiyyatçı olmuşam, baş leytenant rütbəsi almışam, Qarabağ Əlillər Cəmiyyətinin üzvüyəm. Həyat yoldaşımın hərəkətlərini qəbul edə bilmirdim".
Səməndər Səfayi ifadəsinin davamında ailə mübahisəsinin nəzarətdən çıxdığını bildirib və həmin vaxt özünü itirdiyini deyib. O, taksi sürücüsü Canmirzə Cabbarovla da sonradan qarşılaşdığını və ona da xəsarət yetirdiyini etiraf edib.
Məhkəmə prosesi dekabrın iyirmi üçünə saat on birə təyin olunmuş növbəti iclasla davam edəcək.
Hadisənin xronologiyasına dair məlumatlara görə, 2024-cü il iyulun doqquzunda Binəqədi rayon Prokurorluğuna Nüşabə Səfərovanın qəsdən öldürülməsi barədə məlumat daxil olub. Araşdırmalar zamanı həyat yoldaşı Səməndər Səfayinin ailə münaqişəsi zamanı ona ağır xəsarətlər yetirdiyi və daha sonra tanışı Canmirzə Cabbarovu da öldürməyə cəhd etdiyi ehtimalı yaranıb.
Fakt üzrə Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin yüz iyirmi iki bir və iyirmi doqquz yüz iyirmi iki yeddinci maddələri ilə cinayət işi başlanıb.
-
Qoroskop01:20Günün ulduz falı: bu addımlar sizə qazanc gətirə bilər
-
İdman22 Aprel 22:24“Sabah”-“Qarabağ” görüşündən sonra dava düşdü - Video
-
ABŞ22 Aprel 22:14Onlar edam edilməyəcək - Tramp İrana təşəkkür etdi
-
Nida Xəbər 22 Aprel 20:24Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq
-
Elm və təhsil22 Aprel 20:1210 gün dərs olmayacaq - Tarixlər
-
Sosial22 Aprel 19:15Bu xəstəxananın tikintisində külli miqdarda mənimsəmə olub
-
Kriminal22 Aprel 18:20Azərbaycanda 30 il əvvəl törədilmiş qətlin üstü açıldı - Meyiti boruda gizlədiblər
-
Qoroskop22 Aprel 17:49Dünya xəritəsi yenidən çəkiləcək, bu ölkələr... - Məşhur ekstrasensdən sensasiyalı proqnoz






















.png)














