Hadisə
Terrorçuluğu maliyyələşdirən şəxsə ağır cəza
Terrorçuluğu maliyyələşdirmədə və cinayətkar birlikdə iştirak etmədə təqsirləndirilən Aslan Həsənovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Publika.az APA-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Bəhruz Müslümovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Aslan Həsənov 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
İttihama görə, Aslan Həsənov ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə xarici ölkə ərazisində yaradılmış cinayətkar birliyin üzvü olaraq həmin cinayətkar birliyin dayanıqlı fəaliyyətinin təmin edilməsində və fəaliyyətində iştirak edib, o cümlədən bu birliyin rəhbərlərinin tapşırığı əsasında terrorçuluğu maliyyələşdirmə cinayət əməllərini törədib.
Qeyd edək ki, təqsirləndirilən şəxs AR Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) və 218.2 (cinayətkar birlikdə iştirak etmə) maddəsi ilə ittiham edilib.
-
Kriminal18:20Azərbaycanda 30 il əvvəl törədilmiş qətlin üstü açıldı - 2 nəfər həbs edildi
-
Qoroskop17:49Dünya xəritəsi yenidən çəkiləcək, bu ölkələr... - Məşhur ekstrasensdən sensasiyalı proqnoz
-
Sosial17:47Anar Bayramov daha iki yüksəkvəzifəli şəxsi işdən çıxardı
-
Sosial17:35Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama - Kimlərə artıq pullar ödənilib?
-
Səhiyyə15:30Bakıda bu poliklinikada şəkər xəstələrinə dərman verilmir - Səbəb nədir?
-
İdman14:42Neymarın başı dərddə: Tanınmış influenser onun hesabına niyə pul köçürüb? - FOTOLAR
-
Rəsmi xronika14:32Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - FOTO
-
Sosial13:18Qonşuda deputat tələb edir: 13-cü maaş və pensiya verilsin























.png)














