İdman
"Milan" rəhbərlikdə kadr dəyişiklikləri edir
“Milan” yeni idman direktorunun axtarışını davam etdirir.
Publika.az xəbər verir ki, “Sky Italia”nın məlumatına görə, klub bu vəzifə üçün “Atalanta”dan Toni D’Amiko və “Tuluza”dan Viktor Bejaninin namizədliyini nəzərdən keçirir.
İtaliya klubu hazırda rəhbərlikdə kadr dəyişiklikləri mərhələsindən keçir. Bu proses komandanın növbəti mövsüm üçün UEFA Çempionlar Liqasına vəsiqə qazanmağa yaxınlaşdığı bir vaxta təsadüf edir.
“Milan” rəhbərliyi D’Amikonun “Atalanta”da gördüyü işi yüksək qiymətləndirir. Lakin bu transfer uğrunda “Roma” ilə rəqabət yarana bilər.
Klubun sahibi olan “RedBird Capital” eyni zamanda Fransada “Tuluza”nın da sahibidir və Viktor Bejaninin fəaliyyətindən razıdır. Bu səbəbdən şirkət albaniyalı funksionerlə birbaşa danışıqlara başlaya bilər.
-
Nida Xəbər 08:48Heydər Əliyev dövlət müstəqilliyinin möhkəmləndirilməsi üçün təməl qoydu - XİN
-
İdman06:46Fyuri dünyanın ən güclü adamanı məğlub etdi - VİDEO
-
Magazin106:16Flora Kərimova ilə arxiv fotosunu paylaşdı
-
Magazin104:44Orxandan Aydınla bağlı ETİRAF: “Kaş meyxana deməzdik” - VİDEO
-
Enerji03:13“Brent” markalı neft kəskin ucuzlaşdı
-
Qoroskop00:15Günün ULDUZ FALI - Subaylar üçün maraqlı bir tanışlıq baş tuta bilər
-
Magazin114 İyun 20:48"O qədər xəyanət etmişəm ki..." - VİDEO
-
Dünya14 İyun 20:24Tramp və Putin bir saat nədən danışıblar? - DETALLAR



































