Nida Xəbər
Braziliyalı səfir: Azərbaycanın təcrübələrini öyrənəcəyik
Azərbaycanda keçirilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) mühüm bir məqamdır ki, Yeni Şəhərsalma Proqramının nəzərdən keçirilməsindən bir neçə ay əvvəl təşkil olunur. Buna görə də bu, Nyu-Yorka aparılacaq bütün məsələlərin müzakirəsi üçün çox vacib bir an sayılır. Həmçinin bu tədbir dağıntılardan bərpaya qədər yenidənqurma təcrübələrinin nümayişidir.
Publika.az xəbər verir ki, bunu Braziliyanın Yamaykadakı səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz WUF13 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
"Biz Azərbaycanı dinləyəcək, onun təcrübələrini öyrənəcəyik. Braziliya olaraq, öz təcrübələrimizi də təqdim edəcəyik. Lakin layiqli mənzil təminatının ləyaqət, bərabərlik və ədalət əsasında qurulduğu barədə eyni anlayışı bölüşürük. Burada ekoloji ölçü də var. Çünki iqlim böhranı daha çox imkansızlara, həssas təbəqəyə təsir göstərir. Düşünürəm ki, bunlar burada aparılacaq müzakirələrin əsas mövzuları olacaq", - deyə o vurğulayıb.
-
Sosial18:00"Azərişıq"da kadr dəyişikliyi
-
Magazin117:24Boşanma xəbərlərindən sonra ilk dəfə bir araya gəldilər - FOTO
-
İKT16:36Ən təhlükəli brauzerlərin adı açıqlandı
-
ABŞ15:25Zelenski gələn həftə Trampla görüşəcək
-
Yaxın Şərq15:18İki həftəlik müharibə ABŞ ordusuna nə qədər ziyan vurdu? - İran 20 milyard deyir
-
Avropa13:16Xəbərdarlıq: Güclü leysan yağışları, ildırım, dolu və saatda 90 kilometrə çatan külək...
-
Magazin212:48Aktrisanın çimərlik görüntüləri müzakirələrə səbəb oldu - FOTO
-
Ekologiya12:36Sabah 40 dərəcə isti olacaq - HAVA PROQNOZU




































