Hadisə
Sabunçuda villada partlayış: İki nəfər xəsarət alıb - YENİLƏNDİ
TƏBİB Bakıxanov qəsəbəsində baş vermiş partlayışla bağlı açıqlama yayıb.
Qurumdan Publika.az-a bildirilib ki, 9 dekabr 2025-ci il tarixində saat 10:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisindən partlayış baş verməsi səbəbilə çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər (kişi) bədənin müxtəlif nahiyələrinin yanığı diaqnozu ilə Yanıq Mərkəzinə, digər şəxs (kişi) isə travma və yanıq diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
***
Xəbər verildiyi kimi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin ərazisində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub və dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Partlayış nəticəsində sahəsi təxminən 12 kv.m olan hovuz üçün nəzərdə tutulmuş beton örtükdən ibarət tikilinin beton konstruksiyaları dağılıb.
Hadisə nəticəsində 2 nəfər xəsarət alıb.
FHN-in qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
xxx
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində fərdi yaşayış evində partlayış baş verməsi barədə ilkin məlumat daxil olub.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Əlavə məlumat veriləcək.
-
Nida Xəbər 17:17D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana gəldi
-
Hadisə16:44Çavuşoğlunun qardaşı həyatını itirdi
-
Nida Xəbər 16:37Liviyanın Prezident Şurasının Sədri Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 15:49Bolqarıstan Prezidenti Azərbaycana səfərə gəldi
-
Hadisə15:40Bakı Olimpiya Stadionunda Azərbaycanın və BMT-nin bayraqları qaldırıldı - FOTO
-
Hadisə15:00“Sumqayıt Elektrik Şəbəkəsi”nin rəisi vəzifəsindən azad olundu
-
Əmlak14:532030-cu ilədək 3 milyard insanın mənzilə ehtiyacı olacaq
-
Ekologiya14:09Sabahın hava proqnozu açıqlandı












.jpg)


















.jpg)


