Hadisə
Lerikdə bacısının yasından qayıdan qadın avtoqəzada öldü - TƏFƏRRÜAT
Lerikdə bacısının yasından qayıdan qadın avtobilin dərəyə yuvarlanması nəticəsində ölüb.
Publika.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, bacısının yas mərasimdən qayıdan Lerik rayon sakini Akif Ağacanov nəqliyyat vasitələri nasaz olduğu üçün yolda qalan həmkəndliləri ilə rastlaşıb.
A.Ağacanov kömək məqsədilə dayanaraq həmkəndlilərinə yaxınlaşdıqdan qısa müddət sonra, dağlıq ərazidə üzü yoxuşa saxladığı avtomobil geriyə doğru hərəkət etməyə başlayıb və yoldan çıxaraq dərəyə yuvarlanıb. Nəticədə avtomobildə olan sərnişin - sürücünün bacısı aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
"İlk baxışdan təsadüfi hadisəyə bənzəsə də, əslində dağlıq relyefdə dayandırılmış avtomobillə bağlı zəruri təhlükəsizlik tədbirlərinin görülüb-görülmədiyi, mühərrikin söndürülüb-söndürülmədiyi, duracaq tormoz sisteminin qoşulub-qoşulmadığı, həmin sistemin, ümumilikdə avtomobilin saz vəziyyətdə olub-olması kimi sualların meydana gəlməsi hadisənin ehtiyatsızlıqdan qaynaqlanması ehtimalını yaradır", - BDYPİ-nin məlumatında qeyd olunub.
-
Hadisə15:40Bakı Olimpiya Stadionunda Azərbaycanın və BMT-nin bayraqları qaldırıldı - FOTO
-
Hadisə15:00“Sumqayıt Elektrik Şəbəkəsi”nin rəisi vəzifəsindən azad olundu
-
Əmlak14:532030-cu ilədək 3 milyard insanın mənzilə ehtiyacı olacaq
-
Ekologiya14:09Sabahın hava proqnozu açıqlandı
-
Nida Xəbər 13:40Serbiya Prezidenti Azərbaycana səfərə gəldi
-
MDB13:11Dronlar Moskvanın kabusuna çevrildi - Xeyli sayda ölən var
-
Əmlak12:44Rossbax: Kirayə ödəyə bilməyən və ya küçələrdə yaşayan insanlar var
-
İdman11:50Məşhur güləşçi istirahətdən elə fotolar paylaşdı ki... - FOTO

































.jpg)


