İdman
Tarix belə azarkeşlik görməmişdi - Öz komandalarını çempionluqdan etdilər
Çexiya çempionatında “Slaviya” və “Sparta” arasında keçirilən oyun ev sahibi komandanın azarkeşlərinin meydana axışmasından sonra yarımçıq qalıb.
Publika.az xəbər verir ki, matçın sonuna təxminən üç dəqiqə qalmışdı, “Slaviya” 3:2 hesabı ilə öndə idi və qalib gəlsəydi, çempion olacaqdı.
Lakin həmin anda komandanın azarkeşləri əllərində tüstü bombaları və alovlu işıqlarla meydana qaçaraq “Sparta” oyunçularına – qapıçı Yakub Surovçikə, müdafiəçi Yakub Martinesə və hücumçu Matyas Voytaya hücum ediblər. Komandalar tunelə çəkiliblər. Hakim matçı bir neçə dəqiqəlik dayandırıb. “Slaviya”nın oyunçuları tezliklə meydana qayıdıblar, lakin qonaqlar oyunu davam etdirməkdən imtina ediblər. Bundan sonra matçın davam etdirilməməsi qərarı verilib.
İntizam komitəsi qərarını gələn həftə verəcək. “Slaviya”nın 0:3 hesablı texniki məğlubiyyət alacağı gözlənilir.
Beləliklə, çempionluq yarışı açıq qalacaq. Bu halda, “Sparta” sona üç tur qalmış liderlərdən beş xal geridə olacaq.
-
MDB15:35Putin: "Rusiyaya endirilən heç bir zərbə Ukrayna ordusuna kömək etməyəcək!"
-
Avropa15:10Çin yüzlərlə Rusiya əsgərini Ukrayna döyüşlərinə hazırlayırmış - Aİ faktlar aşkarlayıb
-
Avropa15:01Krakov meri seçilmək üçün Ukrayna bayrağını təhqir etdi - VİDEO
-
Region14:00Ermənistanda kürdlərin yaşadığı 11 kənd işıqsız qaldı
-
İdman13:46DÇ tarixində belə bir şey olmayıb
-
Elm və təhsil12:56Nazir: "Bizə formal doktorantura bitirənlər lazım deyil"
-
İdman10:32İran milli komandasının təlim bazasının yaxınlığında cəsəd tapıldı
-
İdman10:00Dünya çempionatında qalmaqal: - İngiltərə yığmasının butsuları və avadanlıqları oğurlandı


































