Hadisə
Qızına elçi düşən şəxsi döyərək öldürdü - Video
Mingəçevirdə ölümlə nəticələnən dava olub.
Publika.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə iyunun 22-də gecə saatlarında kafelərdən birinin qarşısında baş verib.
Şəhər sakini, 51 yaşlı Rafiq Məmmədov aralarında yaranmış mübahisə zəminində 35 yaşlı Tural Bəhrəmliyə döyərək xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən T.Bəhrəmli aldığı xəsarətlərdən orada ölüb.
Məlumata görə, Tural Bəhrəmli Rafiqin qızını sevib. Lakin Rafiqin ailəsi qızı ona verməyib. Tural isə sevdiyi qızın qarşısını kəsərək, onu qaçıracağını bildirib.
Həmin gün kafedə ad günü məclisində olan Rafiqə bu barədə məlumat çatıb və o, Turalı kafeyə çağırıb.
Hadisə yerinə gələn Turalla Rafiq arasında mübahisə yaranıb. Mübahisə kafenin qarşısında da davam etdirilib. Nəticədə Rafiq Turalı yumruq və təpik zərbələri ilə ölümcül döyüb.
Hadisəyə ad günündə iştirak edən şəxslər müdaxilə edib və Turalı xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb. Tural xəstəxanada dünyasını dəyişib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Rafiq Məmmədov saxlanılıb.
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”
-
Magazin122 Sentyabr 21:24Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Elm və təhsil22 Sentyabr 19:36BDU-da dərslərlə bağlı belə qərar verildi
-
Nəqliyyat22 Sentyabr 19:12Addım-addım təzələnən Xocavənddən görüntülər - VİDEO
























.jpg)










