Elm və təhsil
Vurğunun dərslikdən çıxarılması ilə bağlı rəsmi açıqlama
Ümumi təhsil pilləsi üzrə Azərbaycan dilinin tədrisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 sentyabr 2020-ci il tarixli 361 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”na əsasən hazırlanmış Azərbaycan dili fənni üzrə təhsil proqramına (kurikulumuna) uyğun həyata keçirilir.
Publika.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.
Bildirilib ki, sözügedən kurikulumda vurğu ilə bağlı bilik və bacarıqlar əvvəlki kurikulumda olduğu kimi yalnız ayrıca və geniş nəzəri mövzu çərçivəsində təqdim edilmir.
Müasir yanaşmada əsas diqqət dil qaydalarının əzbərlənməsinə deyil, onların düzgün oxu, tələffüz və şifahi nitq prosesində praktik tətbiqinə yönəldilir. Bu səbəbdən vurğu ilə bağlı materiallar şagirdlərin yaş səviyyəsi gözlənilməklə, müvafiq mövzular çərçivəsində və ya onların nitq və oxu bacarıqlarının formalaşdırılması prosesində mənimsədilir.
"Məlumat üçün qeyd edək ki, vurğulu hecanın daha məqsədyönlü və səmərəli şəkildə mənimsənilməsinin təmin edilməsi məqsədilə Azərbaycan dili dərsliklərində ayrıca mövzular ümumi orta təhsil səviyyəsinin 7-ci (Vurğulu heca. Vurğusu dəyişməklə mənası dəyişən sözlər) və 8-ci siniflərində (Vurğulu heca ilə uzun saitli hecanın fərqləndirilməsi) təqdim edilib.
Nəticə etibarilə, müasir kurikulum yanaşmasında əsas məqsəd dil qaydalarının yalnız nəzəri şəkildə öyrədilməsi deyil, onların şagirdlərin dinləmə, danışma, oxu və yazı bacarıqlarında tətbiq edilməsidir. Bu baxımdan vurğu ayrıca mövzu kimi tədris olunmaqla yanaşı, ifadəli oxu, düzgün tələffüz, şifahi təqdimat və nitq mədəniyyətinin formalaşdırılması prosesində də sistemli şəkildə öyrədilir".
Qeyd edək ki, sosial mediada müəllimlər orta məktəb dərsliklərindən vurğu çıxarılması ilə bağlı müzakirə başlatmışdılar. Onların sözlərinə görə, əvvəllər 5-ci sinif Azərbaycan dili dərsliklərində vurğuya geniş yer verilirdi. Bir neçə ildir ki, vurğu dərslikdən çıxarılıb. Dərslikdə sadəcə bir sətir tərifi verilir, proqramda isə mövzuya geniş yer verilmir. Bu il isə buraxılış imtahanlarında və 3-cü qrup qəbul imtahanında vurğu ilə bağlı suallar düşüb.
Mövzu ilə bağlı Bizim.media-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İmadəddin Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli bildirib ki, vurğunun orta məktəb dərsliklərindən çıxarılması olduqca səhv yanaşmadır. Onun sözlərinə görə, vurğunu bilmədən Azərbaycan dilində düzgün danışmaq mümkün deyil. O, bunu dilə sataşmaq hesab etdiyini bildirib.
-
Ekopublika.az21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir



































.jpg)

