Hadisə
Oğlunu kürəyindən bıçaqlamışdı - 3 illik həbs edildi
Paytaxtın Biləcəri qəsəbəsində oğluna bıçaqla ağır xəsarət yetirən şəxsə hökm oxunub.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi 1979-cu il təvəllüdlü Nazim Əliyevi Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə təqsirli bilib.
Araşdırmalarla müəyyən edilib ki, N.Əliyevin həyat yoldaşı illər əvvəl onu və oğlu Teymuru tərk edib. Teymur ata nənəsi və babasının yanında böyüyüb. Bir neçə ay əvvəl isə o, atasının sərxoş halda olmasına etiraz edərək mübahisə edib. Mübahisə zəminində Nazim Əliyev oğluna kürək nahiyəsindən bıçaqla zərbə endirib.
Xəstəxanaya yerləşdirilən Teymurun həyatı xilas edilib. N.Əliyev polis tərəfindən saxlanılıb və barəsində cinayət işi açılıb.
Məhkəmədə zərərçəkən şəxs atasından şikayətçi olmadığını, onun ailədə yeganə qazanc gətirən şəxs olduğunu deyib və yüngül cəza verilməsini istəyib.
Məhkəmənin hökmü ilə 47 yaşlı şəxs 3 il müddətinə həbs cəzasına məhkum edilib.
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”
-
Magazin122 Sentyabr 21:24Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Elm və təhsil22 Sentyabr 19:36BDU-da dərslərlə bağlı belə qərar verildi
-
Nəqliyyat22 Sentyabr 19:12Addım-addım təzələnən Xocavənddən görüntülər - VİDEO
























.jpg)










