Hadisə
Dəhşət: uşaq necə öləcəyini özü seçdi - VİDEO/FOTOLAR
Günahsız bir adamı öldürməkdən imtina edən 12 yaşlı oğlan körpüdən aşağı atılıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, dəhşətli hadisə Qvatemalada baş verib.
Məktəbdən evə qayıdan Peres adlı oğlanın yolu quldurlar tərəfindən kəsilib. Oğlanın əlinə silah verən quldurlar onun qarşısında seçim qoyublar: ya avtobus sürücüsünü öldürəcək, ya da özü öldürüləcək. Atası da avtobus sürücüsü olan uşaq ikinci yolu seçib.
Quldurlar bundan sonra uşağın qarşısına yenidən iki seçim qoyublar: parça-parça edilmək, yoxsa körpüdən atılmaq. İkincisini seçən uşaq Mərkəzi Amerikanın ən uzun körpülərdən biri olan İncienso körpüsündən aşağı atılıb.
135 metrlik körpüdən atılmasına baxmayaraq, kolluqların üzərinə düşən uşaq həyatda qalmağı bacarıb. Lakin ağır zədələr alan Peres 15 gün reanimasiyada qaldıqdan sonra həyatını itirib. Onun hadisədən 3 gün sonra tapılması isə sağ qalmaq şanslarını heçə endirib.
Məlumata görə, Latın Amerikasında cinayət şəbəkələri tərəfindən uşaqlardan istifadə edilməsi halları geniş yayılıb.
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:10
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ
-
Rəsmi xronika17:52
İlham Əliyev Monteneqro prezidentinə başsağlığı verdi
-
Maraq dünyası17:06
Bu bürclərə şad xəbər - İlan ili sizi sevindirəcək
-
Dünya16:00
Dünyanın ən güclü xüsusi təyinatlıları - SİYAHI
-
Sosial15:10
Əhali üçün təbii qazın qiyməti bu qədər oldu