“Silk Way”in təyyarəsində qəza olayı ilə bağlı AÇIQLAMA
Bizi izləyin

Hadisə

“Silk Way”in təyyarəsində qəza olayı ilə bağlı AÇIQLAMA

"Silk Way" aviaşirkətinə aid olan 4K-SW888 Bort nömrəli təyyarə, HAECO şirkətində D Check-dən keçib. D Check qurtardıqdan sonra normal prosedur kimi sınaq uçuşu planlaşdırılıb, ancaq, baş verən hava hadisələri ilə əlaqədar bu uçuşun həyata keçirilməsi yubanıb. 14 iyul 2015-ci il tarixində yerli vaxtla saat 06.00-da (22.00 UTC) təyyarənin sınaq uçuşu üçün hazırlığı verilib ve təyyarə havaya qalxıb. Təyyarə havaya qalxdıqdan sonra təqribən 500 feet(170 meter) hündürlükdə olarkən, 3 nömrəli mühərrikdə pompaj hadisəsi baş verib və təyyarənin kapitanı sınaq uçuşunu ləğv edərək, dərhal həmin aeroporta geri qayıdıb. Təyyarə uğurla yerə endikdən sonra keçirilən texniki baxışda, 3 nömrəli mühərriyin işə yararsız olduğu aşkar olunub.

Bunu "Silk Way West Airlines" şirkəti Honq Konq Beynəlxalq Hava limanında Azərbaycana məxsus yük təyyarəsində qəza vəziyyətilə bağlı "Report"un sorğusuna cavabında bildirib.

Məlumatda daha sonra deyilir ki, "Silk Way" aviaşirkəti, dərhal ehtiyat mühərrikini HAECO şirkətinə göndərib. Təyyarədən sökülən mühərrik, "Silk Way" aviaşirkətinin mühərrikin istehsalçısı olan "Rolls Royce" şirkəti ilə bağladığı Total Care anlaşmasına uyğun olaraq "Roll Royce" şirkətinin zavodlarında təmir olunacaq. Aşkar olunan nasazlıq və havada baş verən hadisənin səbəbi keçiriləcək baxışdan sonra aydınlaşacaq.

Xatırladaq ki, "Report"un "Apple Daily"-yə istinadən verdiyi xəbərə görə, təyyarə havaya qalxdıqdan dərhal sonra, sınaq uçuşu həyata keçirməli olan Boeing 747-400 mühərrikində yanğın baş verib.

Hava gəmisinin göyərtəsində beş nəfər olub və təyyarədə yük olmayıb.

Verilən məlumata görə, təyyarə müvəffəqiyyətlə yerə endirilib və xəsarət alan olmayıb. Hava limanı fəaliyyətini normal qaydada davam etdirir.

Qeyd olunur ki, bir qədər əvvəl təyyarədə təmir işləri görülüb və o, sınaq uçuşunu həyata keçirməli idi.

*** 11:36

Honq Konq Beynəlxalq Hava limanında Azərbaycanın "Silk Way West Airlines" şirkətinə məxsus yük təyyarəsində qəza vəziyyəti yaranıb.

"Report"un "Apple Daily"-yə istinadən verdiyi xəbərə görə, havaya qalxdıqdan dərhal sonra, sınaq uçuşu həyata keçirməli olan Boeing 747-400 mühərrikində yanğın baş verib.

Hava gəmisinin göyərtəsində beş nəfər olub və təyyarə yüklü deyildi.

Verilən məlumata görə, təyyarə müvəffəqiyyətlə yerə endirilib və xəsarət alan olmayıb. Hava limanı fəaliyyətini normal qaydada davam etdirir.

Qeyd olunur ki, bir qədər əvvəl təyyarədə təmir işləri görülüb və o, sınaq uçuşunu həyata keçirməli idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm