Hadisə
Xaçmazda iki bacı dənizdə batdı
Xaçmaz rayonunun Niyazabad kəndində iki bacının Xəzər
dənizində batması ilə nəticələnən bədbəxt hadisə baş verib. ANS
PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, 1966-cı il
təvəllüdlü Rəhimxanova Gülxanım və onun bacısı 1960-cı il
təvəllüdlü Rəhimxanova Naibə naməlum səbəbdən dənizdə
boğulublar.
Hazırda mərhum bacıların cəsədləri sudan çıxarılaraq Xaçmaz Rayon
Xəstəxanasının morquna yerləşdirilib.
Xaçmaz rayon Xəstəxanasının baş həkimi Səyyaf Tağıyevin ANS
PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, ölüm hadisəsinin
səbəbləri aparılacaq tibbi ekspertizanın rəyindən sonra məlum
olacaq.
Qeyd edək ki, dünyasını dəyişən bacılardan biri Xaçmaz Rayon
Xəstəxanasında tibb bacısı olub.
Xatırladaq ki, bundan əvvəl iyulun 15-də Bakı sakini Xəzər
dənizinin ərazidəki sahil sularında boğularaq dünyasını dəyişib.
Rəhimxanova bacılarının ölümü ilə bölgədə dənizdə bataraq ölənlərin
sayı 4-ə çatıb.
Bir neçə gün öncə Bakı şəhər Xətai rayon sakini 1957-ci il
təvəllüdlü Seymur Əmir oğlu İsmayılov dənizdə çimərkən batıb.
Hadisə Xəzər dənizinin Xaçmaz rayonu, Nabran qəsəbəsi ərazisində
qeydə alınıb.
İlkin ehtimallara görə, mərhum çimərkən boğulub lakin, dəqiq səbəbin araşdırılması üçün Xaçmaz rayon Prokurorluğunda araşdırma aparılır.
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR