Meşə yanğından mühafizə olundu
Bizi izləyin

Hadisə

Meşə yanğından mühafizə olundu

Qəbələ rayonu ilə Ağdaş rayonu arasında olan ərazidəki taxıl sahəsində naməlum səbəblərdən yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.

Həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq yerli qurumlarının əməkdaşlarının, ictimaiyyət nümayəndələrinin birgə səyləri nəticəsində yanğının meşə fondu torpaqlarına keçməsinin qarşısı alınıb.
Hadisə nəticəsində meşə sahəsi yanğından mühafizə olunub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm