Hadisə
PKK azərbaycanlı iş adamının TIR-larını yandırdı – FOTOLAR
Etnik azərbaycanlıların kompakt yaşadıqları Türkiyənin İqdır-Qars bölgəsində naməlum şəxslər tərəfindən bir neçə TIR və digər yük maşını saxlanılaraq onlara od vurulub.
Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, sözügedən yanğın hadisələrinin bölgədə gizlənən PKK və ya İŞİD terrorçuları tərəfindən törədildiyi ehtimal edilir.
Son günlər isə təkcə İqdır-Qars yolunda 13 nəqliyyat vasitəsi, o cümlədən 8 TIR maşınına hücum edilib. Həmin avtomobillər naməlum şəxslər tərəfindən tamamilə yandırılaraq yararsız hala salınıb.
Yandırılmış TIR maşınlarından biri İqdırın “Mutlular” şirkətinə məxsus olub. Şirkətə məxsus TIR yüklənmək üçün İstanbula gedirmiş.
Şirkətin sahibi etnik azərbaycanlı İsmail Akandır. Onun sözlərinə görə, PKK-nın hücumları İqdıra məxsus 3 giriş-çıxışda baş verib: “Həmin istiqamətlərin hamısında bir gün fasilə ilə maşınlar yandırılıb. Bununla PKK Türkiyə dövlətinə tələblərini qəbul etdirməyə çalışır”.
Türkiyə mediası isə yanğın hadisələrinin PKK və İŞİD-ə bağlı qüvvələr tərəfindən törədildiyini iddia edir. Hələlik Türkiyə hökuməti də 13 maşının yandırılmasının səbəbləri ilə bağlı rəsmi açıqlama verməyib.
Vasif Həsənli
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ
-
Rəsmi xronika17:52
İlham Əliyev Monteneqro prezidentinə başsağlığı verdi
-
Maraq dünyası17:06
Bu bürclərə şad xəbər - İlan ili sizi sevindirəcək
-
Rəsmi xronika16:17
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - YENİLƏNDİ / FOTO
-
Dünya16:00
Dünyanın ən güclü xüsusi təyinatlıları - SİYAHI
-
Sosial15:10
Əhali üçün təbii qazın qiyməti bu qədər oldu
-
Dünya14:34
Məşhur astroloqdan bütün bürclərə xəbərdarlıq: Həmin gündür!