Hadisə
Ermənilər mövqelərimizi 99 dəfə atəşə tutublar
Erməni silahlı bölmələri cəbhənin müxtəlif
istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan da istifadə
etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 99 dəfə
pozub.
Publika.az-ın Müdafiə Nazirliyinin saytına
istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası
Noyemberyan rayonunun Barekamavan, Şavarşavan, İcevan rayonunun
Berkaber kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən
Qazax rayonunun Qaymaqlı, Fərəhli, Qızılhacılı kəndlərində və adsız
yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt,
Göyarx, Yarımca, Çaylı, Ağdam rayonunun Şıxlar, Kəngərli, Novruzlu,
Yusifcanlı, Qaraqaşlı, Mərzili, Şuraabad, Sarıcalı, Cəvahirli,
Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli,
Horadiz, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri
yaxınlığında, eləcə də Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl
rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də
Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.
-
Sosial10:50
“Bakı marafonu 2024”ə start verildi
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO