Hadisə
İŞİD-ə qoşulan azərbaycanlının başını kəsdilər
Bir neçə ay bundan əvvəl Azərbayandan Suriyaya döyüşməyə
gedən 1977-ci il təvəllüdlü Valeh Axundov öldürülüb.
Bu barədə qətlə yetirilən şəxsin qohumları baku.ws-ə məlumat
veriblər. Verilən məlumata görə, Ağdam rayonundan məcburi köçkün
olan Valeh uzun müddətdir Bakıda yaşayırmış.
Nanə adlı xanımla ailə qurub və həmin nikahdan qızı və oğlu olub.
Əvvəllər içki düşkünü olan Valeh sonradan radikal dini cərəyan
üzvlərinə qoşulub. Uzun saqqal saxlayıb, namaz qılmağa başlayan
Valeh ötən ilin sonlarına yaxın ölkəni tərk edərək Suriyaya gedib.
Gedərkən özü ilə həyat yoldaşını və uşaqlarını da aparıb.
Bu yaxınlarda onun öldürüldüyü barədə məlumatlar gəlib. Valehin
qızı gizlicə Bakıdakı qohumlarına zəng vuraraq atasının gözləri
önündə öldürüldüyünü bildirib. Qız atasının başının kəsildiyini
deyib. Sonra bildirib ki, anasını atasının silah yoldaşına ərə
veriblər. Onu isə varlı kişiyə satıblar. Kiçik qardaşı isə İŞİD
təşkilatının təlim meydançasında saxlanılır.
Qız deyib ki, vətəninə qayıtmaq istəyir. Lakin buna imkan vermirlər.
-
Magazin221:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin118:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO
-
Dünya17:55
Bu ölkənin bayrağı ilə "Avroviziya"ya giriş qadağan edildi
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov