Yanacaqdoldurma məntəqəsinə basqın - kassadan pul oğurlandı
Bizi izləyin

Hadisə

Yanacaqdoldurma məntəqəsinə basqın - kassadan pul oğurlandı

Tovuzda yanacaqdoldurma məntəqəsinə basqın edilib.

Region TV xəbər verir ki, səhər saatlarında rayonun Əyyublu kəndində yanacaqdoldurma məntəqəsinə hücum edən şəxs və ya şəxslər yanacaq almaq adı ilə məntəqədə fəaliyyət göstərən operatora yaxınlaşıb.

Avtomobilin yanacaq çənini tam doldurduqdan sonra onu bıçaqla hədələyiblər. Daha sonra fiziki zor tətbiq edərək operatora xəzinəni açdırıblar. Pulları götürdükdən sonra onun əl-qolunu bağlayıblar. Növbə təhvil verilmədiyindən oğurlanan pulun miqdarı məlum deyil.

Yanacaqdoldurma məntəqəsində təhlükəsizlik kamerasının olmamaması cinayətkarları tapmaqda çətinlik yaradır.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi açılıb,araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm