Hadisə
Separatçılardan xain hücum: Donetskdə azərbaycanlı biznesmen partlatdıldı

Ukraynanın Donetsk vilayətində azərbaycanlı iş adamı, keçmiş dövlət məmuru separatçılar tərəfindən avtomobilində partladılaraq öldürülüb.
Donetsk Vilayəti Azərbaycanlıları Konqresindən verilən məlumata görə, öldürülən şəxs 1954-cü il təvəllüdlü Ukrayna vətəndaşı Mamedov Oleq Nəsib oğludur.
O.Mamedov oktyabrın 7-də axşam saatlarında Donetsk vilayəti ərazisindəki şose yolunda şəxsi avtomobili ilə hərəkət edərkən qumbaraatanla atəşə tutulub. Avtomobilin partlaması nəticəsində o həlak olub. Onun meyiti Ukrayna əsgərlərinin müşayiəti ilə ərazidən çıxarılıb və Donetsk şəhəri ətrafında dəfn olunub.
O.Mamedov 1980-90-cı illərdə Luqansk vilayətində kənd təsərrüfatı sahəsində müxtəlif vəzifələrdə çalışıb, son dövrlər isə şəxsi biznesi ilə məşğul imiş (apa).

-
Avropa17:30
Almaniya tarixi torpaqlarını Polşadan geri istəyir... - ŞOK SSENARİ
-
Hadisə17:26
İki məmur vəzifəsindən getdi
-
Dünya16:03
Ərdoğanla Zelenski arasında görüş başladı
-
Rəsmi xronika16:00
Prezidentdən YENİ FƏRMAN
-
Dünya15:02
Ərdoğan Lvovdadır - YENİLƏNDİ
-
Hadisə14:44
Samuxda qazi özünü yandırdı - RƏSMİ
-
Hadisə14:21
FHN-nin qalmaqallı polkovniki həbs olundu
-
Hadisə13:41
“Qalaaltı” yaxınlığında meşə yanğını söndürüldü - FHN