İki azərbaycanlı Türkiyədə narkotik ticarətinə görə həbs olundu
Bizi izləyin

Hadisə

İki azərbaycanlı Türkiyədə narkotik ticarətinə görə həbs olundu

Türkiyədə tutularaq narkotik ticarətində ittiham olunan iki Azərbaycan vətəndaşı məhkəmə qarşısına çıxarılıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Keziban Ş. ilə Orxan G. Vandan İstanbula gedərkən 12 kilo 633 qram heroinlə saxlanılıb.

Hadisə cari ilin aprel ayının 9-da baş verib. Adıçəkilən şəxslər Vandan götürdüyü heroini İstanbula apararkən Ərzurum-Pasinlər avtomobil yolunda reyd həyata keçirən narkotik polisi tərəfindən saxlanılıb. Təlim itinin köməyilə aparılan axtarış zamanı avtomobilin mühərrik hissəsində gizlədilən 12 kilo 633 qram heroin aşkarlanıb.

Ərzurum Kriminal Məhkəməsində peşman olduğunu dilə gətirən Orxan G. Vandan təslim aldığı heroini İstanbulda ünvana çatdırmaq üçün 15 min lirəyə razılaşdığını bildirib. Narkotik ticarətində ittiham olunan Orxan G. 15 il, Keziban Ş. isə 7 il 6 ay həbs cəzasına məhkum edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm