Qubada evə hücum olub, 2 nəfər yaralanıb
Bizi izləyin

Hadisə

Qubada evə hücum olub, 2 nəfər yaralanıb

Qubanın Amsarqışlaq kəndində silahlı basqın hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə yerli sakin Cavanşir Şahpəndirov tərəfindən törədilib.

Belə ki, kənd sakinləri Asif Əhmədov, Cavanşir Şahpəndirov və Zeynal adlı şəxs kənd qəbiristanlığı yaxınlığında yeyib-içiblər. Ardınca onların arasında mübahisə baş verib. Daha sonra Asif Əhmədov yaralı vəziyyətdə tapılaraq xəstəxanaya yerləşdirilib. C. Şahpəndirov isə xərcərlə zərərçəkənin evinə hücum edib. O qapıda Asifin atası Nüsrət Əhmədovla qarşılaşıb və xəncəri onun boğazına dirəyərək oğlunu tələb edib. Bu zaman Nüsrətin həyat yoldaşı hadisənin üstünə çıxıb. Onun yalvar-yaxarından sonra Cavanşir fikrindən daşınıb, lakin iti silahı geri çəkərkən kişinin orta barmağını kəsib. O evdəkilərin xahişindən sonra oradan uzaqlaşıb.

Hazırda Cavanşir rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Əhmədov Asif çənəsi sındığından Quba Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyə şöbəsinə yerləşdirilib, atası Nüsrət isə ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm