Hadisə
Kürəkən qayınatasının evini yandırdı
Abşeron rayonunda fərdi yaşayış evində yanğın hadisəsi baş verib.
Hadisə rayonun Masazır qəsəbəsi, Həsən Əliyev küçəsi 142
ünvanında qeydə alınıb. Yanğın, ümumi sahəsi 130 kv.metr olan
birmərtəbəli 5 otaqlı yaşayış evini bütünlüklə əhatə edib. Yanğını
əvvəl qonşular görüb və bu barədə FHN-in yanğından mühafizə
xidmətinə məlumat veriblər.
Əraziyə gələn yanğınsöndürənlər ilk olaraq yanğının qonşu evlərə
keçməsinin qarşısını almağa çalışıb. Daha sonra güclü alov
söndürülüb. Müəyyən edilib ki, hadisə baş verən zamanı evdə heç kim
olmayıb. Sonradan evin sahiblərinə də məlumat verilib. Yanğın
xəbərinə hadisə yerinə gələn ev sahiblərindən birinin halı
pisləşib.
Azəriqaz İB-in Abşeron rayon şöbəsininin nümayəndələri də
ərazidə idi. Ancaq istər qaz, istərsə də elektrik sayğaclarının
yoxlanılması onların qoşulu olmadığını üzə çıxarıb. Belə olan halda
evin qəsdən yandırıldığı ehtimalı yaranıb ki, bununla əlaqədar
Abşeron RPİ-yə məlumat verilib.
Hadisə yerinə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları da cəlb
olunub və işin istintaqı müstəntiq Eldəniz Vəliyevə tapşırılıb.
İsti izlərlə keçirilən əməliyyat nəticəsində hadisəni törətməkdə
şübhəli bilinən ev sahibinin kürəkəni 21 yaşlı Məmmədov Qara Ceyhun
oğlu saxlanılıb. Verilən məlumata görə, qudalar arasında 5 min
manat borc pul söhbəti olub. Qayınatasının, atasına olan borcunu
qaytara bilmədiyini görən Qara Məmmədov evi yandırıb.
Faktla əlaqədar Abşeron rayon polis idarəsində cinayət işi başlanıb. (anspress)
-
Dəb22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin122:24
Tolik MTV-dən getdi
-
Magazin221:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin120:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ