Hadisə
Bərdədə müəmmalı qətl
Bərdədə müəmmalı ölüm hadisəsi baş verib.
ANS-in məlumatına görə, hadisə rayonun Ərəblər kəndində qeydə alınıb. Kənd sakini Muxtar Hüseynovla həmkəndlisi 62 yaşlı Asif Mustafayev mübahisə edib. Asif Mustafayevin oğlunun sözlərinə görə, mübahisə uşaqların arasındakı dava nəticəsində yaranıb. Valideynlərin qarışması isə mübahisənin daha da böyüməsinə səbəb olub. İntiqam Mustafayevin sözlərinə görə, Muxtar əvvəlcə onun qardaşını avtomobillə vurub.
"Vurandan sonra düşüb, kişinin yaxasından tutub, yumruqlayıb. Yerə uzadıb qaçdılar. Təcili tibbi yardım maşını gəldi, dedi ki, kişi ölüb. Biz tərpətmədik, elə burda keçindi",- deyə mərhumun oğlu İntiqam Mustafayev bildirib.
Kənd sakinlərinin sözlərinə görə, Asif Mustafayev əvvəllər infarkt keçirib. Bərdə rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları da hadisənin baş verdiyi əraziyə baxış keçiriblər. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə aparılıb. Baş vermiş ölümlə bağlı rayon prokurorluğunda aradırma başlanıb. Asif Mustafayevin dəqiq hansı səbəbdən öldüyü isə aradırmalardan sonra məlum olacaq.
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək