Hadisə
Qadın ərinin əmisini öldürdü
Bakıda 16 gün əvvəl qohumu tərəfindən bıçaqlanan kişi xəstəxanada ölüb.
Bakı şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, yanvarın 27-də Bakı şəhər sakini, 32 yaşlı Aygün Ələkbərova yaşadığı evdə 1956-cı il təvəllüdlü Hökməli Fətəliyevə bıçaqla xəsarət yetirib. Faktla bağlı Xətai Rayon Prokurorluğundan Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törədən A. Ələkbərova Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
H. Fətəliyev fevralın 11-də aldığı xəsarətdən xəstəxanada ölüb. Bu səbəbdən də başlanmış cinayət işi həmin məcəllənin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif olunub.
Hazırda başlanmış cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, qətlə yetirilən Hökməli Fətəliyev Aygün Ələkbərovanın həyat yoldaşının əmisidir. Aygün Ələkbərova ifadəsində, kirayə qaldığı evə sərxoş vəziyyətdə gələn qohumunu ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyi üçün bıçaqladığını bildirib.
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR