Hadisə
DSMF-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edildi
Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin bir qrup əməkdaşı tərəfindən saxta məhkəmə qətnamələri əsasında təyinatların aparılması barədə daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, araşdırmalar zamanı Fondun Masallı rayon şöbəsinin Pensiya təyinatı və maliyyə uçotu sektorunun bir qrup əməkdaşı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə 2003-2013-cü illər ərzində 85 rayon sakininə övladlığa götürmə və pensiya stajlarının artırılmasna dair saxta məhkəmə qətnamələri əsasında pensiya təyinatları aparmalarına şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.1-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə10 May 21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə10 May 20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Nida Xəbər 10 May 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”