21 yaşlı qızın meyiti tapıldı
Bizi izləyin

Hadisə

21 yaşlı qızın meyiti tapıldı

Ağdamda mənzildə meyit tapılıb.

APA-nın verdiyi məlumata görə, hadisə rayonun Yuxarı Yüzbaşlı kəndində qeydə alınıb. Kənd sakini, 1995-ci il təvəllüdlü Əliyeva Pəri Məzahir qızının meyiti ailəsi tərəfindən hamamda aşkarlanıb. Hadisə yerinə təcili tibbi yardım çağırılıb.

Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir. Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

Hazırda araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm