Bakıda zibillikdən 90 kiloqram pul tapılıb
Bizi izləyin

Hadisə

Bakıda zibillikdən 90 kiloqram pul tapılıb

2015-ci ildə Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodunda aparılan çeşidləmə zamanı müxtəlif nominalda 90 kq-dan artıq xırda pul tapılıb.

Bu barədə fins.az “Təmiz Şəhər” ASC-nin ötən ilki fəaliyyətinə dair yaydığı hesabata istinadən xəbər verir. Məlumata görə, həmin pullar Azərbaycan Mərkəzi Bankına təhvil verilib.

Bundan başqa, çeşidləmə prosesində müxtəlif sənədlər (şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, diplom, hərbi bilet və s.) də tapılıb. Onlar isə Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar Bürosuna çatdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm