Ağstafada yol qəzası: 1 ölü, 6 yaralı
Bizi izləyin

Hadisə

Ağstafada yol qəzası: 1 ölü, 6 yaralı

Bu axşam Bakı-Qazax magistral yolunda ağır yol qəzası baş verib.

APA-nın Qərb bürosunun məlumatına görə, hadisə Ağstafa rayonun Qırlı kəndi ərazisində qeydə alınlb.

“Ford” markalı avtomobillə “Opel”in toqquşması nəticəsində “Opel”in sürücüsü Göygöl rayon sakini, 1979-cu il təvəllüdlü Əliyev Ceyhun Əhəd oğlu ağır bədən xəsarət alıb.

O xəstəxanaya aparılanda yolda dünyasını dəyişib. “Ford” da olan 1970-ci il təvəllüldlü İmanquliyev Mahir, onun qızları 1992-ci il təvəllüdlü Maqiyə və 1994-cü il təvəllüdlü Raziyə həmçinin digər sərnişinlər Gəncə şəhər sakinləri 1982-ci il təvəllüdlü Asim Məmmədov, 1981-ci il təvəllüdlü Elsevər Kazımov və 1980-ci il təvəllüdlü Asif Fərəcov müxtəlif bədən xəsarəti ilə Ağstafa rayon Polis Şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm