Hadisə
Online silah satışı adı ilə dələduzluq edən tutuldu - FOTOLAR
Respublikanın daxili işlər orqanları informasiya texnologiyalarından istifadə edilməklə törədilən kibercinayətlərlə mübarizə sahəsində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib.
DİN-dən Publika.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində “İnstagam” və “Facebook” sosial şəbəklərində saxta profillər vasitəsi ilə özünü guya onlayn silah satan şəxs kimi təqdim edərək çoxsaylı vətəndaşları dələduzluq yolu ilə aldadaraq onların külli miqdarda pul vəsaitlərini ələ keçirən Şəki rayon sakini Elşən Ağaməmmədzadə saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, E.Ağaməmmədzadə “İnstagam” sosial şəbəkəsində yaratdığı “arif_memmedov.85”, eləcə də “baku_orujie_online” adlı səhifələrdə travmatik və pnevmatik silahların internetdən götürdüyü şəkillərini yerləşdirərək onların satışını apardığını elan edib
Silah almaq istəyən şəxslər online sistemlər vasitəsi ilə ödəniş edəndən sonra E.Ağaməmmədzadə zərərəçəkənlərin pullarını banklarda olan şəxsi hesablarına köçürüb və nağdlaşdıraraq ələ keçirib.
Qeyd edilən fakta bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO