Hadisə
Şagirdini zorlamaqda ittiham olunan müəllimə cinayət işi açıldı
Şamaxı rayonu Pirbəhli kənd orta məktəbində 15 yaşlı
şagirdini zorlamaqda ittiham edilən tarix müəllimi Elnur Həsənağa
oğlu İbrahimovnun polis tərəfindən saxlanıması barədə məlumatlar
rəsmən təsdiqlənib.
Bu barədə məlumatı Modern.az saytına açıqlamasında Şamaxı rayon
Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Ağahəsən
Balakişiyev təsdiqləyib.
Polis kapitanı bildirib ki, 15 yaşlı məktəbli qızı zorlamaqda
təqsirli bilinən tarix müəllimi Elnur Həsənağa oğlu İbrahimov dünən
axşam saatlarında saxlanılıb:
“Məktəblini zorlamaqda təqsirkar bilinən tarix müəllimi Elnur
İbrahimov dünən axşam saat 4 radələrində Şamaxı rayon Polis
Şöbəsini əməkdaşları tərəfindən saxlanılıb. Həbs olunan şəxs on
istintaq aparılması üçün Şamaxı rayon Prokurorluğuna təhvil
verilib”.
Polis kapitanı bildirib ki, artıq Şamaxı rayon Prokurorluğunda
təqsirləndirilən müəllimlə bağlı Cinayət Məcəlləsinin 152-ci
maddəsi ilə cinayət işi başlanılıb:
“Fakt üzrə artıq cinayət işi açılıb. Həmin şəxs Cinayət
Məcəlləsinin 152-ci maddəsi (16 yaşına çatmayan şəxslə cinsi
əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) ilə
təqsirləndirlir. İstintaq hərəkətləri davam etdililir”.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 152-ci maddəsi (16 yaşına
çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər
hərəkətlər etmə) ilə təqsirləndirilən şəxsin 3 il müddətində
azadlıqdan məhrum edilmişi nəzərdə tutulur.
Əgər 15 yaşlı məktəbli qızı zorlamaqda təqsirkar bilinən bilinən
tarix müəllimi Elnur İbrahimovun cinayəti sübuta yetirilsə, onu 3
il müddətində həbs gözləyir.
Xatırladaq ki, 9-cu sinif şagirdi olan qızın sözlərinə görə,
müəllim onu gecə öz yaşadıqları evdə ayaqyoluna getmək istəyəndə
saxlayaraq, zorlayıb.
Elnur İbrahimovun 25 yaşı var. Ailəli olan müəllim 2 uşaq atasıdır. Şamaxıda kollec bitirən müəllim həmin məktəbdə 4 ildir ki, işləyirmiş.
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək