Hadisə
Norveçdən Nepala uçan təyyarə Bakıya məcburi eniş edib - FOTO
Aprelin 27-də Nepalda baş verən zəlzələyə görə bura ezam olunmuş Norveçin xilasetmə qrupunun təyyarəsi Bakıya məcburi eniş edib.
Bu barədə "APA-Economics" Norveç saytlarından birinə istinadən xəbər verir.
Məlumata görə, buna səbəb Nepalın Katmandu hava limanında təyyarənin eniş etməsi üçün boş yerin olmamasıdır.
“Biz əvvəldən Bakıya yanacaq doldurmaq üçün eniş etmək istəyirdik. Lakin bizə xəbər verildi ki, Katmandu hava limanında eniş etmək üçün boş yer yoxdur. Bu an anladıq ki, uçuşu davam etdirə bilməyəcəyik”, - deyə norveçli xilasetmə qrupunun nümayəndəsi Cim Olav Hansen yerli mətbuata açıqlamasında bildirib.
Maraqlıdır ki, "Azərbaycan Hava Yolları" QSC-nin Xidmət rəisi "APA-Economics"ə bildirib ki, Norveçdən olan xilasetmə qrupu Heydər Əliyev Beynəlxalq Hava Limanına məcburi eniş etməyib.
Qeyd edək ki, xilasetmə komandası həftənin bazar ertəsi Oslonun "Gardemoen" hava limanından yola düşüb. Komandanın tərkibində 6 xilasetmə iti, Oslonun yanğın xidmətindən olan xilasetmə üzrə ekspertlər, həkimlər və tibb bacıları olub.
Norveç qrupu Katmandu hava limanına eniş edə bilməyən yeganə beynəlxalq xilasetmə komandası deyil. Belə ki, daha 15 beynəlxalq xilasetmə qrupu bura uçuş edə bilmək üçün gözləyir.
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial5 May 21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO
-
Magazin25 May 21:24
Cennifer Lopez ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO/VİDEO