Bu telekanalın İsraildəki ofislərində AXTARIŞ APARILIR - VİDEO
Bizi izləyin

Yaxın Şərq

Bu telekanalın İsraildəki ofislərində AXTARIŞ APARILIR - VİDEO

İsraildə "Əl-Cəzirə" telekanalının ofislərində axtarış aparılır.

Publika.az xəbər verir ki, bu barədə İsrailin rabitə naziri Şlomo Karhi "Facebook" sosial şəbəkəsindəki paylaşımında məlumat verib.

“Rabitə Nazirliyinin müfəttişləri, İsrail polisinin dəstəyi ilə hazırda "Əl-Cəzirə"nin Qüdsdəki ofislərinə basqın edir və kanalın avadanlıqlarını müsadirə edir”, - yazıda deyilir.

Bundan əvvəl İsrail Nazirlər Kabineti Qətərin "Əl-Cəzirə" telekanalının ölkədəki filialının bağlanmasını yekdilliklə təsdiqləyib .

Xatırladaq ki, aprelin 1-də İsrail parlamenti ölkədə düşmən media qurumlarının bağlanmasına icazə verən qanunu təsdiqləyib. Qanunun lehinə 71 deputat, əleyhinə isə 10 deputat səs verib.

Qanuna əsasən, İsrailin rabitə nazirliyi avadanlıqları müsadirə edilməklə xarici KİV-ləri bağlamaq hüququna malik olacaq. Ancaq belə bir qərar yalnız ölkənin Müdafiə Nazirliyi jurnalistlərin hərəkətlərindən “dövlətin təhlükəsizliyinə real ziyan vurduğunu” aşkar etdikdən sonra mümkündür.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm