Hadisə
Şagirdini xilas edərkən Kürdə batan müəllimin cəsədi 5 ay sonra tapıldı
Ötən ilin dekabr ayının 7-də səhər dərs dediyi məktəbə
gedərkən Kür çayının Sabirabaddan keçən hissəsində körpüdən suya
düşüb batmaqda olan maşından 9 yaşlı məktəbli Güldəstə Hüseynovanı
xilas etsə də özü sulara qərq olmuş 57 yaşlı müəllim Əhliman
Hüseynovun cəsədi bu gün tapılıb.
Cəsəd müəllimin batdığı yerdən 3 km aralıda - Sabirabad rayonunun
Məmişlər kəndində çayda balıq tutan kənd sakinləri tərəfindən
aşkarlanıb. Cəsəd balıqçıların qarmağına ilişib. Yaxınları onu
paltarlarından tanıyıb.
Xatırladaq ki,FHN-in müvafiq qurumları və yerli sakinlərin
axtarışları bu 5 ayda bir gün olsun dayanmayıb.
Onu da qeyd edək ki, Cavad kənd sakini olan mərhum əmək təlimi
müəlliminin mənzil şəraitinin çətin olduğunu öyrənən kimi Təhsil
Nazirliyi rəhbərliyinin tapşırığı ilə Hüseynovlar ailəsi üçün yeni
ev tikilib.
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO